Stories/Adventure
FEATUREDADVENTURE

Qəbələdə yerli ekspertlərimizlə görüş

Trip8
Trip8
Local writer · Jun 6, 2026
2 min read Save
Qəbələdə yerli ekspertlərimizlə görüş

Trip8-də hər səyahəti onu hazırlayan yerlilər fərqləndirir. May ayında məhz bu insanları daha yaxından tanımaq üçün Qəbələyə yola düşdük və yerli ekspertlərimiz Anar bəy və Ülvi bəylə görüşdük. Məqsədimiz aydın idi: birlikdə işimizi gücləndirmək və səyahətçilərimiz üçün daha yaxşı təkliflər hazırlamaq.

Trip8-də hər səyahəti onu hazırlayan yerlilər fərqləndirir. May ayında məhz bu insanları daha yaxından tanımaq üçün Qəbələyə yola düşdük və yerli ekspertlərimiz Anar bəy və Ülvi bəylə görüşdük. Məqsədimiz aydın idi: birlikdə işimizi gücləndirmək və səyahətçilərimiz üçün daha yaxşı təkliflər hazırlamaq.

Anar bəy: kənd həyatı və atçılıq mədəniyyəti

Anar bəy Azərbaycan kənd həyatını, atçılıq mədəniyyətini və əsrlər boyu yaşayan kənd ənənələrini qonaqlarla bölüşür.

Trip8 - Dinner in a village, Gabala with local people
Trip8 - Dinner in a village, Gabala with local people

Görüşümüz kəndimizdəki qonaq evlərimizdən birində, Çingizxan dayının evində, nahar süfrəsi başında keçdi. Çingizxan dayı və yoldaşı Sevinc xanım bizi doğma kimi qarşıladılar. Sevinc xanımın bişirdiyi ev yeməklərini dadarkən, Çingizxan dayı illər boyu səyahətçilərlə yaşadığı yaddaqalan anları bizimlə bölüşdü.

Bu görüş Anar bəyin işinə peşəkarlıq və səmimiyyətlə yanaşdığını bir daha göstərdi. Bizim üçün əsl dəyər budur.

Ülvi bəy: dağ və təbiət bələdçiliyi

Bölgə üzrə dağ və təbiət ekspertimiz Ülvi Aslanbəylidir. Coğrafiya müəllimi olan Ülvi bəy 10 ildir dağ və təbiət cığırlarında bələdçilik edir. Bu illərdə ölkənin bütün regionlarında çox sayda marşrut, o cümlədən 4000+ metrlik zirvələr keçib.

Birlikdə regionda kəşf edə biləcəyimiz dağ, şəlalə və yaylaq cığırlarını müzakirə etdik. Bu marşrutları qısa zamanda sizinlə paylaşacağıq.

Birlikdə qurduğumuz dəyər

Hər iki ekspertimizlə Azərbaycan səyahətinə qata biləcəyimiz yeni imkanları dəyərləndirdik. Trip8-in məqsədi isə dəyişməz qalır: səyahətçilərə tam fərdi, yerlilər tərəfindən hazırlanmış səyahətlər təqdim etmək.

Qəbələdə yerli ekspertlərimizlə görüş
Qəbələdə yerli ekspertlərimizlə görüş

Siz də Azərbaycanı yerlilərlə kəşf etmək istəyirsinizsə, bizimlə əlaqə qurun. Növbəti səyahətinizi birlikdə hazırlayaq.

— The trip this story inspired
Plan your own adventure

Work with a local expert to design a custom itinerary based on what inspired you here.

Plan this trip
Kəşf etSəyahətlərimTəkliflər
Gələnlər
Profil